Zindan Bayıtıları = زيندان باياتيلاري

یازار : Mesud Haray

Zindan Zindan İçində
Zindan İnsan İçində
Dışarıda İnsanı
Çabalır Qan İçində.

زيندان زيندان ايچينده
زيندان،اينسان ايچينده
ديشاريدا اينساني
چابالير قان ايچينده.

Zindanda vətən Hani?
Könlümdəki Sən Hani?
Ürəyim Dolub Qana,
Başımı Kəsən Hanı?

زينداندا وطن هاني؟
كونلومدكي سن هاني؟
اوره ييم دولوب قانا
باشيمي كسن هاني؟

Zindanın Dərbəçələri
Banlamaz Beçələri
Könlümə Vətən Düşər,
Gündüzü Gecələri.

زيندانين دربه چه لري
بانلاماز بئچه لري
كونلومه وطن دوشر
گوندوزو گئجه لري.

Zindana Qazı Yazdı
Bu Sənə Azı, Yazdı
Vətənini Sevənin
Alnında Yazı Yazdı.

زيندانا قاضي يازدي
:بو سنه آزي، يازدي
وطنيني سئوه نين
آلنيندا يازي يازدي.


Zindan Duvarı Daşdır
Duvarlar Nəmli ,Yaşdır
Burada Kime Demə
Gözünün üstə Qaşdır.

زيندان دوواري داش دير
دووالار نملي، ياش دير
بورادا كيمه دئمه
گوزونون اوسته قاش دير.



Mesud Haray

مسعود هاراي


  • [ ]

  • Şiirlerimi okumak için tıklayın. free counters
    Free counters Share

    !-- wrap ends here --